Operativ Consulting
  • Baş Səhifə
  • Haqqımızda
  • Xidmətlər
  • Məlumat
  • Əlaqə
  • "Operativ Consulting"-ə Xoş Gəlmisiniz!

    Biznesinizi peşəkarlara həvalə edin ki, Sizdə peşakar olasınız!

    Image
  • ŞİRKƏTİMİZ

    “Operativ Consulting"MMC 2016-cı ildən fəaliyyət göstərərək bütün növ sahibkarlıq subyektləri ilə əməkdaşlıq edir. Şirkətimizin əsas prinsipi əməkdaşlıq edtiyi şirkətlərin maraqlarını daim bütün maraqlardan üstün tutmaq, həmkarlarına xoş və rahat biznes mühiti yaratmaq, bütün risklərin minimuma endirilməsini təmin etməkdir. Hər daim devizimizə sadiq qalaraq deyirik; Biznesinizi peşəkarlara həvalə edin ki, Sizdə peşəkar olasınız!

    TƏKLİFLƏRİMİZ

    Əgər Sizdə kənar probləmlərlə deyil, biznesinizn əsas fəaliyyət sahəsi ilə məşğul olaraq; Biznesinizi böyütməyi, Rəqabət gücünüzü artırmağı, Xərclərinizi azaltmağı, Sanksiyalara məruz qalmamağı, Düzgün idarəetmə uçotunuzun olmasını istəyirsinizsə, o zaman hal-hazırda düzgün ünvandasınız. Biznesinizi bizə həvalə etməklə siz inzibati xərclərinizə 30-50% arası qənaət etmiş olacaqsınız,

    KARYERA

    "Operativ Consulting"MMC olaraq gənclərin hər zaman fərdi inkişafında və karyera yüksəlişində maraqlıyıq, Sizlərə təklifimiz əgər Sizdə peşəkarlar tərəfindən təcrübə keçmək və eyni zamanda böyük şirkətlərdə çalışmaq istəyirsinizsə tərcümeyi hallarınızı operativconsulting@outlook.com ünvanına "Karyera" başlığı altında göndərə bilərsiniz.

  • MALİYYƏ

    Maliyyə idarəetməsi müəsisənin vacib və bir o qədərdə əhəmiyyətli tərkib hissəsidir, bunun üçün yanlış hazırlanmış maliyyə hesabatları sizi düzgün olmayan idarəetmə uçotuna məcbur edəcəkdir. "Operativ Consulting"MMC olaraq aylıq, rüblük, illik maliyyə hesabatlarınızın hazrlanmasını və yaxud hazırlanmış maliyyə hesabatlarınızın düzgünlüyünü yoxlayaraq Sizlərin idarəetmə uçotunuzun düzgün formalaşmasını təmin edə bilərik.

    MÜHASİBAT

    Mühasibat uçotu təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən məcburi qaydada aparılmalıdır. Bizim tərəfimizdən sizlərə bu məcburi uçotun aparılmasında aşağıdakı xidmətlər təklif olunur;
    1) Mühasibat uçotunun düzgün formalaşması üçün uçotun təşkili;
    2) Mühasibat uçotunun tam və ya qismən aparılmsı;
    3) Mühasibat sənədlərinin və hesabatların hazırlanması;
    4) Elektron vergi və bank xidmətlərinin göstərilməsi;
    5) Sənədləşmə və vergi tutulmaları daxil olmaqla, aylıq əmək haqqının hesablanması və ödənilməsi;
    6) Məzuniyyət haqqlarının hesablanması və ödənilməsi;
    7) Müqaviləyə uyğun olaraq, statislik hesabatların və maaş cədvəllərini hazırlanması;
    8) İnventarizasiyaların keçirilməsi və rəsmiləşdirilməsi.

    AUDİT

    Audit-fəaliyyət sahəsindən asılı olmayaraq istənilən təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və eləcə də, mühasibat və maliyyə hesabatlarının doğruluğunun müstəqil yoxlanılmasıdır. Biz Audit şirkəti olaraq Sizin təşkilatınızın auditini həyata keçirir və illik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq düzgün və ədalətli hazırlanıb hazırlanmadığını yoxlayırıq.

    VERGİ

    Vergi-dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Əgər Sizdə şirkətinizin Vergi Uçotunun Vergi Məcəlləsinə əsasən tərtib olunaraq Vergi və digər məcburi Dövlət hesabatlarınızın vaxtında və düzgün hazırlanaraq təqdim olunmasını istəyisinizsə Vergi ilə əlaqəli bütün işlərinizi bizə həvalə edə bilərsiniz.

    KADR UÇOTU

    Kadr uçotu - işçilərin işə götürülməsi, yerdəyişməsi və işdən azad edilməsi, işçilər ilə iş münasibətlərinin qurulması və işlərinin təşkilinin sənədləşdirilməsi ilə bağlı olan müəssisənin və ya fərdi sahibkarın işçilərinin uçotudur. Kadr uçotu ilkin kadr sənədləri və müəssisədaxili əmək münasibətləri üzrə normativ aktlar əsasında aparılır. Kadr uçotunun yüksək səviyyədə təşkili üçün əmək qanunvericiliyi, kadr sənədləri üzrə peşakar biliklərin olması, kadr uçotu sahəsində praktiki iş təcrübəsinin olması və əmək qanunvericiliyində baş verən bütün dəyişikləkləri izləmək vacibdir. Qeyd olunanlar üçün Siz vaxtınızı itirməyin, biz varıq.

    PROSES TƏKMİNLƏŞDİRMƏ

    Fəaliyyətin daimi dinamik inkişafı eyni zamanda mahiyyətin formadan üstünlüyü üçün proseslərin kontrol olunaraq təkmilləşdirilməsi vacib məsələdir, bunu üçün Biz Sizə aşağıdakıları təklif edirik;
    1) Şirkətinizin fəaliyyət sahəsinə uyğun olaraq ardıcıllıqla Siyasət > Prosedurlar > İş axışı sxemləri və.s yazılması
    2) Proseslərin kontrol olunaraq riskli uçot əməliyyatlarının aşkarlanması və qabaqlayıcı tədbirlərin alınması
    3) Məqsəd və Hədəflərin düzgün təyin olunması, proseslərin idarəetmə uçotundakı böyümə planına uyğunlaşdırılması

    ANBAR ƏMƏLİYYATLARI

    İstehsalat, Distributor və Topdan satış şirkətləri üçün anbar əməliyyatlarının A-dan Z-yə qurulması, proqram təminatının yazılması, Master Data məlumatlarının toplanaraq məhsulların alıcılara vaxtında çatdırılmasının təmin olunması, Nəqliyyat vasitələrinin doluluq faizinin tənzimlənməsi.

    TƏLİMLƏR

    KORPORATİV TƏLİMLƏR: Müasir dövrdə müəssisə/təşkilatların davamlı inkişafında və performansının yüksəlməsində işçi heyətin təlimləndirilməsinin rolu böyükdür. Təlimləndirilmiş işçi heyəti müəssisə/təşkilatların fəaliyyətinə dəyər qatır və onun performansının yüksəldilməsinə təsir edir. Biz Sizləri aşağıdakı sahələr üzrə korporativ təlimlərə dəvət edirik;
    1) BEYNƏLXALQ MÜHASİBAT UÇOTUNUN ƏSASLARI;
    2) VERGİ UÇOTUNUN ƏSASLARI;
    3) MS EXCEL-2019.
    Linkə daxil olaraq tədris proqramları ilə tanış ola bilərsiniz.

    İT XİDMƏTLƏR

    Server infrastrukturunun qurulması və tənzimlənməsi Virtual IT infrastrukturunun qurulması və idarə olunması Server Əməliyyat Sistemlərinin və Servislerinin yazılması və tənzimlənməsi Korporativ elektron poçtun (Mail Server) yaradılması və tənzimlənməsi Ehtiyat kopyalama (Backup Server) sisteminin qurulması VPN (Virtual Private Network) Serverlərin qurulması Mərkəzi Antivirus və Lokal Firewall sisteminin qurulması Ehtiyat kopyalama (Backup Server) sisteminin qurulması

    Windows və UNİX sistemlərində Oracle, PostgreSql, MSSQL, MYSQL MarianDB bazalarının qurulması. Verilənlər bazalarının dayanıqlığının təmin olunması. Verilənlər bazalarının yerləşdiyi disk-lərinin optimal istifadəsinin təmin edilməsi. Sistemlərdə yarana bilinəcək xətaların öncədən müəyyən edilməsi üçün monitoring nəzarət platformalarının qurulması. Bazalarda tuning işlərinin aparlıması, index-ləmə əməliyyatları və sturukturunun idarə olunması. Bazaların audit olunması, təhlükəsislik yönümlü əməliyyatlarının aparılması. Ehtiyyat nüsxələrinin (Backup) alınması və bunların avtomatlaşdırılması, ehtiyac olduqda bu nüsxələrdən (Backup) istifadə olunaraq dayanıqlığının yenidən təmin olunması. Məlumat bazalarının maksimum dayanıqlığının təmin olunması üçün (CLUSTER) sistemlərinin qurulması.

  • YENİLİKLƏR

    QANUNVERİCİLİKLƏR

  • Bizimlə Əlaqə

    "Operativ Consulting"MMC

    Email: operativconsulting@outlook.com
    Tel: (+994 70)271-38-71
    Tel: (+994 55)371-38-71
    Tel: (+994 77)371-38-71
Designed by "Operativ Consulting"